Düşmən Orta Qərvənd kəndini atəşə tutub - Xəsarət alan var

 21:39 08.11.2020     499

Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən