Düşmən tərəfdən çəkilən VİDEO - Yüzlərlə erməni meyti var...

 12:38 09.11.2020     2490

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edir. 

Redaktor.az xəbər verir ki, döyüşlərdə ordumuz düşmənin hərbi hədəflərini dəqiq zərbələrlə məhv edir. 

Hərbi jurnalistlərin düşmən tərəfdən çəkdiyi görüntülər də buna əyani sübutdur. Qaynar nöqtədən çəkilən görüntülər ermənilərin itkilərinin nə qədər böyük miqyasda olduğunu göstərir. 

Xankəndi xəstəxanasına çox sayda yaralı və ölü erməni əsgərlər daşınır. Yaralı əsgərlərin böyük əksəriyyətinin isə vəziyyəti ağırdır. 

Xankəndidə çəkiliş aparan jurnalistlər qalaq-qalaq erməni meyitlərini gördüklərini və bunun dəhşətli olduğunu yazırlar. 

 

Düşmənin böyük itkiləri olduğunu sübut edən kadrları təqdim edirik: //Baku.ws

Vumart və Güvən reklamı Vumart Güvən