Rusiya sülhməramlıları Qarabağa belə daxil oldu - VİDEO

 16:12 10.11.2020     631

Rusiya sülhməramlı qoşunlarının Ermənistan üzərindən Qarabağa doğru hərəkətini əks etdirən görüntülər yayılıb. 

Redaktor.az xəbər verir ki, kadrlarda hərbi-nəqliyyat təyyarələrindən enən Rusiya desant qüvvələri zirehli transportyorlarla və digər nəqliyyat vasitələri ilə şosse yoluna çıxdığı, oradan isə Ermənistan polisinin müşaiyəti ilə Qarabağa, Laçına tərəf istiqamət aldığı görünür.

"Ria Novosti"nin məlumatında bildirilir ki, Rusiyadan göyərtəsində sülhməramlıların olduğu 15-ci "İl-76” təyyarəsi də yola düşüb. //Sfera.az

Vumart və Güvən reklamı Vumart Güvən