"Müharibə 44 gündə bitdi, amma 44 il danışılacaq" - Hulusi Akar

 11:28 11.11.2020     3333

"Azərbaycan Silahlı Qüvvələrin tarixə qızıl hərflərlə yazılacaq bir qələbə əldə edib"

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Bakıya səfəri zamanı deyib. O qeyd edib ki, əldə olunan uğur Türkiyəni son dərəcə xoşbəxt edib:

"Bu, bir oyanışdır. Azərbayan Ordusu gücünü bütün dünyaya göstərdi. Müharibə 44 gündə bitdi, amma bu qələbə 44 il danışılacaq. Zəfər bayramı nəinki Azərbaycanda, hətta Ankara, İstanbul, İzmirdə də qeyd olunur"- H.Akar deyib.

H.Akar müharibə zamanı şəhid olan hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın haqqlı savaşında Türkiyənin bundan sonra da öləkimizin yanında olacağını deyib. 

Şəfəq Samed \ Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən