Rusiya MN: Hərbi polis bölmələri olacaq

 15:02 11.11.2020     3773

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbi polis bölmələri Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentə daxildir.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

"Sülhməramlı əməliyyatlar aparılan rayonda eyni zamanda sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələri də tapşırıqları yerinə yetirəcəklər. Onlar təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etməkdə cavabdehdirlər.

Silahlı qarşıdurmalarda əməliyyatı idarə etmək üçün qoşunlara rəhbərlik etməkdə böyük təcrübəyə malik zabitlərin də daxil olduğu sülhməramlı qüvvələrin komandanığı yaradılıb”, - S.Rudskoy bu gün keçirdiyi brifinqdə açıqlayıb.
 

Vumart və Güvən reklamı Vumart Güvən