Ermənilərin Kəlbəcərdən köçü: Unitazları da aparırlar... - VİDEO

 13:20 13.11.2020     118

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. 

Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə baş tutdu. Belə ki, qalan torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

Qarabağ Müharibəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti tərəfindən işğal zamanı torpaqlarımıza qanunsuz yerləşdirilən ermənilərin köçürülməsinə başlanılıb.

BBC-nin hazırladığı videoreportaj da razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. 

Videodan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Onlar hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. //Oxu.az