“50-dən artıq məktəbə ziyan vurulub”

 03:26 14.11.2020     223

“Erməni silahlı qüvvələri 50-dən artıq məktəbə ziyan vurub. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib”.

Redaktor.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü brifinqdə deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəb, uşaq bağçaları hədəfə alınıb və bombalanması ən ağır cinayətlər hesab edilir:

“Aidiyyatı beynəlxalq təşkilatlar da cəlb edilməklə bu prosesin qiymətləndirilməsi həyata keçiriləcək”. //Qafqazinfo