Şuşada kəlmeyi-şəhadətini deyən kapitan - - REPORTAJ

 22:29 13.11.2020     49

Kapitan Elburus Mikayılov könüllü olaraq cəbhəyə yollanıb. Şuşadan qayıdan kimi Baku TV-nin studiyasına gələn döyüşçümüz təəssüratlarını tamaşaçılarla paylaşıb.

Redaktor.az bildirir ki, o , əsgər yoldaşlarından, döyüşlərdəki qələbələrindən qürurla söz açıb.

Onun sözlərinə görə Şuşa cənnətdir, heç bir yerə bənzəmir. Dediyinə görə oradakı döyüşçülər sevindiklərindən hətta əyilib torpağımızı öpür. Əsgərlər arasında eyni zamanda babalarının məzarlarını tapanlar da olub.

Ağır döyüşlərdə yaralansa da, qəhrəmanımız bunu da fəxrlə danışıb, “Vətən sağ olsun” deyib. Elburus Mikayılov hətta 16 dəfə kəlmeyi-şəhadətini deyib, həyat yoldaşına, qardaşına mesaj yazıb. Xoşbəxtlikdən nə həmin mesaj ünvana çatıb, nə də cənab kapitan şəhadətə qovuşub.

Bütün bunları təqdim etdiyimiz xüsusi reportajda izləyə bilərsiniz. 

//Oxu.az