Ermənilər Kəlbəcəri tərk edir - VİDEO

 17:40 14.11.2020     245

Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra burada yerləşdirilmiş ermənilər rayonu tərk edirlər.

Redaktor.az-ın məlumatına görə, ermənilər mikroavtobus və yük maşınlarında daşına bilən hər bir şeyi özləri ilə aparır, apara bilmədiklərini isə yandırır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişə uyğun olaraq işğalçılar ərazini tərk etməli və noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmalıdır. //APA