Xudavəngdə iki post olacaq

 20:50 16.11.2020     15047

 “Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

O bildirib ki, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır və Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. //Qafqazinfo.az

Vumart və Güvən reklamı Vumart Güvən