Bu gün axşam saatlarında Türkiyə Ordusu... - TARİXİ GÜN

 10:09 17.11.2020     11813

"Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub. TBMM Azərbaycan üçün xüsusi gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək".

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı TÜRKSAM-ın sədri Sinan Oğan verib. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizəsinin illərdir davam etdiyi qeyd olunub.

Layihəyə əsasən,Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, bir çox hərbi ekspertlər sənədin parlamentdə təsdiqindən sonra Türkiyə Ordusünün sürətli şəkildə - bu gün axşamdan başlayaraq Azərbaycana gələcəyini deyirlər. //Publika.az