"PAŞA" erməni əsgərlərin boynunu belə qırdı - SİLAHSIZ DÖYÜŞ / VİDEO
Son günlər sosial şəbəkələrdə hərkəs bu əsgərdən danışır. Cəlilabaddan olan "Paşa" ləbəqli Allahşükür Qasımov düşmənin qorxulu yuxusuna çevrilib.
Redaktor.az xəbər verir ki, sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən "Paşa" Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Şuşada gedən döyüşlərdə heç bir silah-sursatdan istifadə etmədən, ermənilərin boynunu qıran igid, düşməni əlbəyaxa mübarizədə məhv edib. Onu görən ermənilər silahlarını atıb qaçıblar.
Şəfəq Samed / Redaktor.az












