Rusiyapərəst qüvvələr niyə narahatdır? - TÜRK ORDUSU GƏLİR...

 10:25 18.11.2020     12497

"Hazırki məqamda Türkiyə Silahlı Qüvvələrinin sülhməramlı missiyada iştirakı Azərbyacan üçün olduqca zəruridir. Qarabağda sülhün təmin olunmasında Türkiyənin ştirakı vacibdir".

Bu sözləri Redaktor.az- açıqlamasında hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycanın bu məsələ ilə bağlı tutduğu mövqe doğrudur:

"Rusiyapərəst qüvvələr də anlamalıdır ki, Azərbaycan və Türkiyə bu məsələdə heç bir güzəştə getməyəcək. Bölgədə sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün türk hərbi birləşmələrinin orada olması artıq zərurətə çevrilib. Təbii ki, buna qısqanclıqla yanaşan, narahat olanlar da olacaq. Lakin onların narahatlığına heç bir əsası yoxdur. Azərbaycan 44 günlük müharibənin qalib tərəfidir. Yalnız Rusiyanın xahişi və üzərinə götürdüyü öhdəliyə görə Azərbaycan hərbi əməliyyatları dayandırıb. Əks təqdirdə, bugün hərbi əməliyyatlar davam edərdi və digər torpaqlar da hərbi yolla işğaldan azad edilərdi. Bundan sonra isə Azərbaycan tamamilə fərqli formada danışıqlar masasında əyləşərdi. Azərbaycan ermənilərə və Rusiyaya şans verdi ki, bu məsələdə ədalətli mövqe nümayiş etdirsinlər”.

Mahir Xəttab \ Redaktor.az