Laçın dəhlizi minalardan tam təmizlənib

 19:12 17.11.2020     84

Laçın dəhlizi və Xankəndinə gedən yolun bir hissəsi minalardan tam təmizlənib.

Redaktor.az xəbər verir ki, bunu  Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bugünkü brifinqdə deyib. 

“Rusiya sülhməramlı kontingentinin mühəndis bömlələri Laçın dəhlizini və Xankəndinə qədər olan yolun 28 kilometrini minalardan, partlayıcı qurğulardan, vurulmuş və sıradan çıxmış texnikadan tam təmizləyib. Bu gün saat 10:00-dan etibarən isə dəhliz mülki nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün açılıb”, - deyə Konaşenkov bildirib.

General, həmçinin, əlavə edib ki, hərbçilər mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirirlər. Partlayıcı maddələrin aşkarlanması və axtarışında xidməti itlər də iştirak edir. //Qafqazinfo