Rusiya daha 5 humanitar mərkəz yaradıb - Dağlıq Qarabağ

 20:58 19.11.2020     671

Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun göstərişinə əsasən, Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradılıb.

Redaktor.az xəbər verir ki, bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir.

Qeyd edək ki, bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün, humanitar reaksiya idarələrarası mərkəzin bir hissəsi olaraq yaradılıb. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən