Ticarət mərkəzində atışma olub - Yaralılar var / ABŞ

 04:17 21.11.2020     1954

ABŞ-ın Viskonsin ştatının Vavatosa şəhərindəki ticarət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC” telekanalı şəhər meri Dennis Makbrayda istinadən məlumat yayıb.

Bildirilir ki, insident naməlum şəxs tərəfindən törədilib. Hazırda onlarla polis əməkdaşı onu axtarır.

İlkin məlumata görə, azı 6 nəfər yaralanıb. //APA