Türkiyə hərbçiləri Azərbaycanda nə qədər qalacaq? - RƏSMİ AÇIQLAMA

 12:46 22.11.2020     261

“Mehmetçik Rusiya ilə yaradılacaq birgə mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə bir il müddətində xidmət edəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.