Rusiya Dağlıq Qrabağa humanitar yardım göndərdi - VİDEO

 21:30 22.11.2020     301

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən