FHN azad olunmuş 5 rayonda fəaliyyətə başladı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.












