Ermənilər ordumuzdan kömək istədi - VİDEO

 14:49 24.11.2020     6042

Dünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçün hərbçilərimizdən kömək istəyiblər.

Redaktor.az bildirir ki, ununla bağlı görüntülər əldə olunub.

Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər.

Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.

Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.