Əsirlikdən qayıtdı deyilən "Amin" əslində KİM İMİŞ?...

 20:03 26.11.2020     463

Dünən axşamdan bəzi sosial media istifadəçiləri "Tik-tok"da video paylaşaraq "Amin əsirlikdən geri qayıtdı" deyə dezinformasiya tirajlayırlar.

Redaktor.az xəbər verir ki, videodakı şəxs AzTV-nin əməkdaşı Cavad Ağayevin oğlu Nəriman Ağayevdir.

Nəriman da 44 günlük müharibənin aslanlarındandır. Sağ-salamatdır, hərbi hissəyə geri qayıdıb.

Tezliklə erməni əsirliyində olan bütün azərbaycanlıların, eləcə də Aminlə Bayramın da azadlığa qovuşacağına inanırıq. //Publika.az