Rusiyadan Xankəndiyə 60-dan çox həkim gəldi - VİDEO
Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər yayıb.
Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.
Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər. //Oxu.az












