Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

 12:02 03.12.2020     1204

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən