Müharibədə ən çox itkini harada vermişik? - Ekspert AÇIQLADI

 11:29 04.12.2020     4230

“Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.

Redaktor.az xəbər verir ki, bu sözləri hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:

“Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini  yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.

Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq!

Vətən sağ olsun!”

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən