"Ordumuzun peşəkarlığı itkilərimizi daha az etdi" - HƏRBİ EKSPERT

 13:10 05.12.2020     8308

“Hərbi əməliyyatlar zamanı hücum edən tərəflə, müdafiə olunan tərəf arasında itki sayı 30-50 faiz arasında dəyişir. Yəni, hücum edənin itikisi müdafiə olunan tərəfdən ən azı 30 faiz çox olur”.

Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, ordumuzun hazırlıqlı və peşəkar olması bu rəqəmləri əksinə çevirdi:

“Hücum edən tərəfin sayı 10 nəfərdisə, 3 nəfər itkinin artıq olacağı əvvəlcədən bəlli olur. Əgər 3 itki yox, 2 itki varsa, bu, üstünlükdür. 

Vətən müharibəsində ordumuzun həyata keçirdiyi əməliyyatın peşəkarlığı, yüksək dəqiqliyi itki sayını çox böyük fərqlə dəyişib. Bunu açıqlanan itkilərin sayında da görmək olur. Məhz bu gün Azərbaycan Ordusunun itkilərinin sayına baxdıqda, görərik ki, bizim itkilərin sayı Ermənistan Ordusunun sayından demək olar 3 dəfə azdır. Bu, onun deməyə əsas verir ki, Azərbaycan Ordusu müharibədə daha peşəkar və hazırlıqlı idi. Məhz bu yüksək hazırlıq sayəsində itikilərimizin sayı düşmənə nisbətdə az olub. Bu bir reallıqdır və bunu inkar etmək olmaz.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Unutmayaq ki, biz cəmi 44 günə az itki ilə nə qədər rayonu, şəhəri, kəndləri azad etmişik. Əlbəttə, bir əsgərimzizin belə şəhid olması hər birmizi dərindən üzür. Bu qədər geniş hərbi əmliyyatlar keçirən ordunun itkilərinin müdafiə olunan ordunun itkilərindən az olması bizim üçün fəxrdir. Biz əvvəldən bilirdik ki, itkilərimiz olacaq. Amma əsgərlərimiz ölümü gözə alaraq düşmənin üzərinə yürüdü və onları məhv etdi”.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşüb, 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Ermənistan Ordusunun isə 8 min 472 əsgəri məhv edilib, 13 min hərbçisi yaralanıb, 502 əsir düşüb, 3 min əsgəri də itkin düşüb. Bəzi məlumatlara görə, Ermənistanın məhv edilən əsgərlərinin sayı 15000-dən çoxdur.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən