Ermənistanda Baş nazir vəzifəsi üçün müxalifətin öz aralarında namizəd seçdiyi Vazgen Manukyan üçtərəfli bəyanat müqaviləsi ilə heç vaxt razılaşmayacaqlarını, ancaq hazırkı məqamda onu dəyişdirə bilməyəcəklərini bildirib. Həmçinin, V.Manukyan hazırki iqtidarı devirib iqtidara gələcəkləri təqdirdə Türkiyəyə qarşı birlik yaradacaqlarını deyib.
V.Manukyanın açıqlamasını Redaktor.az-a şərh edən politoloq İlqar Vəlizadə onun bu sözlərini Ermənistanın daxili auditoriyasını ələ almaq üçün olduğunu bildirib:
“V.Manukyanın açıqlamaları populist ritorikadır və əsas məqsəd kütləni ələ almaqdır. Əslində, onun sözlərini çox da ciddiyə almaq lazım deyil. Çünki müxalifətin manevr imkanları yoxdur. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq məcburdur ki, mövcud reallıqlarla barışsın. Ona görə də indiki vəziyyətdə erməni liderlərin verdiyi vədlərin əhəmiyyəti yoxdur. Onlar bilirlər ki, məğlub olublar və bundan hansısa çıxış yolu yoxdur.
Türkiyəyə qarşı birlik yaratmaq məsələsinə gəldik də isə, bu, sadəcə erməni liderlərin bir arzusudur. Birlik yaratmaq üçün Ermənistana heç bir ölkə dəstək verən deyil”.
Mahir Xəttab \ Redaktor.az