Şuşaya sancılan bayrağı parada kim gətirəcək?

 23:43 09.12.2020     339

Sabahkı Zəfər paradında Şuşaya sancılan bayrağı meydana gətirəcək şəxsin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, bunu paradın ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib.

“Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək”, - A.Qurbani qeyd edib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən