Ordumuzun məşhur "YARASA"ları - İLK DƏFƏ GÖSTƏRİLDİ / VİDEO

 14:36 10.12.2020     1259

Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin "YARASA" xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

Redaktor.az xəbər verir ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib.

Qeyd edək ki, "YARASA" döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar.

YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən