Rusiya sülhməramlıları Ermənistanda yol qəzasına düşdü

 23:11 11.12.2020     436

Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Mehri rayonunda olub.

Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən