DİN-nin şəhid giziri Cahid Tağızadə - FOTO
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Tağızadə Cahid Vahid oğlu Vətən müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, C.Tağızadə 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub.
O, oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.













