Ermənilər Hadruta hansı ərazilərdən sızıblar? - BİLMƏDİYİMİZ FAKTLAR...

 10:48 14.12.2020     996

"Köhnə Tağlar və Çaylaqqala kəndləri 2 min metrə yaxın yüksəklikdə yerləşir. Bu yüksəkliyin üzərindən Daşaltı nəzarətə keçir. Daşaltının nəzarətə keçməsi faktiki olaraq Şuşanın təhlükə altında olması deməkdir".

Redaktor.az xəbər verir ki, bu sözlər hərbi ekspert Fəhmin Hacıyev bildirib. O, ermənilərin bu kəndlərə necə sızmasından da danışıb:

Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu - FƏHMİN  HACIYEV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİNİ İTTİHAM ETDİ - Günün Səsi

"Ermənilərin bizim ərazilərdən həmin kəndlərə sızması qeyri-mümkündür. Yalnız iki yol qalır: Qırmızı bazar və Laçın dəhlizi. Orada olan rus sülhməramlıları bölgəyə nəzarət etməlidi. Yəni, münaqişə bölgəsindəki tərəfləri silahsızlaşdırmalıdır. Əsas da indiki zamanda təxribat törətməyə çalışan Ermənistan tərəfinə nəzarət etməlidir. Çünki Azərbaycan Ordusu öz ərazisindədi və orada heçkəs atəşkəsi, hərbi nizamnaməni, əldə edilmiş sülhü pozmağa cəhd göstərmir".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən