SON DƏQİQƏ: Rusiya sülhməramlıları bu ərazilərdən çıxıb - YENİ XƏRİTƏ

 11:59 15.12.2020     1261

Bildiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yerləşməsi üçün 11 noyabrda elan etdiyi və 25 noyabrda dəqiqləşdirdiyi xəritəni yeniləyib. Yeni xəritədə rus sülhməramlılarının artıq Köhnə Tağlar və Çaylaqqala ərazilərinə qədər gəldiyi, burada yerləşəcəyi bildirilirdi.

Redaktor.az saytına açıqlamasında hərbi ekspert Abuzər Əbilov bildirib ki, əgər hər hansı bir ərazidə sülhməramlı əməliyyatlar keçirilsə, xəritədə onların cavabdeh olduğu ərazilər göstərilir:

Şəkildə bunlar ola bilər: bunu deyən yazı

"Dünən qalmaqala səbəb olan həmin xəritədə artıq dəyişiklik var. Xəritənin üzərində olan xəttlər, bölgülər ləğv olunub. Təbii ki, yenə də bu onlara haqq vermir ki, Azərbaycanın ərazisində başqa cür hərəkətə yol versinlər. Onlar sülhməramlılardı. İlk olaraq onların işi qanunsuz hərbi birləşmələri tərki silah etmək, hərbi texnikaya əl qoymaq və ərazidən çıxarmaqdır. Düşünürəm ki, yaxın günlərdə diplomatik korpuslar ərazidə olan sülhməramlıların komandanlığını dəvət edərək, onlardan hesabat alacaq və vəzifə öhdəliklərini daha dəqiq yerinə yetirməyə dəvət edəcəklər".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən