Erməni təxribatları: Sülhmərmalılar niyə susur? - HƏRBİ EKSPERT izah edir...
"Qarabağdakı son hadisələr, erməni təxribatları gözlənilən idi. Faktiki olaraq parçalanmış ordu, komandanlıqlarına tabe olmayan qüvvələr hər zaman təxribat mənbəyidir".
Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Abuzər Əliyev deyib. O bildirib ki, bu zaman sülhməramlılar öz funksiyalarını dəqiqliklə yerinə yetirməlidirlər:
"Onların vəzifələri ərazidə yerləşən qanunsuz hərbi birləşmələrin tərki-silahı və onların ərazidən çıxarılmasıdır. Təəssüf ki, son hadisələrdə gördük ki, bu işlərə sülhməramlılar çox bitərəf yanaşırlar. Bunun nədən irəli gəlməsi siyasi mövqeyə daxildir. Amma onların vəzifə öhdəlikləri diplomatik danışıqlarda bir daha qeyd edilməli, bu məsələ həll olmalıdır".
Şəfəq Samed \ Redaktor.az












