Şəhid olan atasının qisasını alan hərbçimiz - VİDEO

 03:26 16.12.2020     604

Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizindən biri də Nazim Həsənovdur.

Redaktor.az xəbər verir ki, Nazim Həsənovun atası Rövşən Həsənov Birinci Qarabağ savaşının şəhidlərindədir. Şəhid övladı kimi onun da ən böyük arzularından biri ərazi bütölüyümüz uğrunda döyüşlərə qatılıb, torpaqlarımzı düşmən tapdağından azad etmək idi.

Nazim Həsənov 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanıb. O, Füzuli, Cəbrayıl və Hadrutun azad olmasında yaxından iştirak edib.

Nazim Həsənovun atası Rövşən Həsənov 1992-ci ildə könüllü olaraq Azərbaycanın ərazi bütövüyü uğrunda döyüşlərə qatlıb. 1994-cü ilin aprel ayında Füzuli uğrunda gedən döyülərdə qəhrəmancasına şəhid olub.

İndi Nazimin atasının ruhu da şaddır. Çünki oğlunun da iştirak etdiyi savaşdan Azərbaycan qalib olaraq çıxıb və torpaqlarımız azad edilib.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: //Open.az

Vumart və Güvən reklamı Vumart Güvən