Hərbçilərdən koronavirusa yoluxan var? - AÇIQLAMA

 20:11 17.12.2020     2043

"Müdafiə nazirinin göstərişi əsasında işğaldan azad olunmuş torpaqlarda 2 səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi gecə-gündüz hərbçilərimizə xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı bizim 2-ci cəbhəmiz var idi ki, bu da dünyanı bürüyən pandemiya, "COVID-19" virusu idi:

- Lakin mən buradan sizə çatdırmaq istəyirəm ki, bizim hərbi həkimlər, mülki tibb işçiləri, Səhiyyə Nazirliyi və TƏBİB-in birlikdə əməkdaşlığı nəticəsində Silahlı Qüvvələrin hərbçiləri arasında virusun yayılma halı, demək olar, sıfıra bərabər olub. //Open.az 

Vumart və Güvən reklamı Vumart Güvən