Şuşa uğrunda şəhid olan baş çavuş - FOTO
Daxili İşlər Nazirliyinin baş çavuşu Vəlizadə Anar Afət oğlu Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Redaktor.az xəbər verir ki, 26 yaşlı A.Vəlizadə Salyan rayonunun Cəngən kəndində doğulub.
O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. //Axşam.az













