Biri şəhid, digəri isə qazi olan Ağahüseynli qardaşları - VİDEO

 02:45 22.12.2020     13627

Cəlilabad rayonunun Ocaqlı kəndinin Ağahüseynlilər ailəsində üç oğul övladı böyüyüb.

Redaktor.az-ın məlumatına görə, onlar Vətən torpağını düşməndən təmizləmək üçün döyüşə birlikdə yollanıblar. 

Evin böyük oğlu Ziya Ağahüseynli 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb. 

Ziyanın kiçik qardaşı Səyyad Ağahüseynli isə bu müharibədə şəhid olub. O, topçu olsa da, döyüş meydanından şəhid və yaralıları çıxarmaq üçün can atıb. Elə oradaca güllə yarası alıb.  

Azərbaycan Televiziyası Ağahüseynlilər ailəsindən reportaj hazırlayıb. 

Həmin reportajı təqdim edirik: 

Vumart və Güvən reklamı Vumart Güvən