Ucarda şəhid gizir dəfn edilib

 03:49 22.12.2020     28240

Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

Redaktor.az-ın məlumatına görə, o, bu gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

//Report

Vumart və Güvən reklamı Vumart Güvən