Ağdamın mədəniyyət incisindən geriyə qalanlar - FOTO
Mənfur ermənilər Azərbaycanın işğal etdiyi digər şəhərlərində olduğu kimi, Ağdamda da bütün yaşayış evləri, mədəniyyət abidələrini tamamilə dağıdıblar.
Redaktor.az-ın məlumatına görə, şəhərdə yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı da məhv edilmiş tikililər siyahısındadır.
Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə. Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb. İki il gərgin işdən sonra 1904-cü ildə M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə. Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə açılıb.
Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri olub.
1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlayıb.
Ağdam Dövlət Dram Teatrının yerləşdiyi ərazi və binanın qalıqları lentə alınıb.
//Oxu.az












