MN: İtkin düşmüş hərbçilərin tapılması üzrə iş aparılır

 19:45 28.12.2020     387

Hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə iş aparılır.

Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb. 

 

Vumart və Güvən reklamı Vumart Güvən