Gorus-Qafan yolunda “Azərbaycana xoş gəlmisiniz!” yazıldı
Gorus-Qafan yolunda “Azərbaycana xoş gəlmisiniz” yazılmış lövhə yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan qələbə sayəsində Azərbaycan öz sərhədlərini bərpa edib. Hazırda Azərbaycan-Ermənistan dövlət sərhəddinin demarkasiyası və delimitasiyası davam edir. //Qafqazinfo












