Azərbaycanın qələbəsi İngiltərə Ordusunu hərəkətə keçirdi - "THE GUARDİAN"
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra İngiltərə Ordusu üçün yeni pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına başlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetində məqalə dərc edilib. Bildirilib ki, Azərbaycanın 6 həftəlik mübarizəsində "Bayraktar TB2"-lərin erməniləri məğlub edilməsi və işğalda olan torpaqlarım geri qaytarmaqda çox önəmli rolu var.
İngiltərə Müdafiə naziri Ben Vallasaçıqlamasında deyib ki, Türkiyənin öz uçuş apararatları və havadan müdafiə sistemlərini Suriya, Liviya və digər yerlərdə istifadə etməsi meydanda üstün olmasına səbəb olur.
"Onların yeni nəsil uçuş aparatları ən gözəl nümunələrdir. Türkiyə PUA-ları hərbi nizamı sürətlə dəyişib", - deyə nazir əlavə edib.
Qeyd edək ki, "Bayraktar TB2" saatda 150 km sürətə malikdir. Havada 24 saat qala bilir və digər ölkələrin uçuş aparatlarına nisbətən ucuzdur.
Şəfəq Samed \ Redaktor.az












