Üç medala layiq görülən rəssam şəhidimiz - VİDEO

 04:52 31.12.2020     568

İkinci Qarabağ müharibəsində canını Vətən üçün qurban verən qəhrəman şəhidlərimizdən biri də 24 yaşlı rəssam Rauf İbadovdur.

Redaktor.az xəbər verir ki, ali təhsilli gəncimiz sentyabrın 21-də könüllü olaraq cəbhəyə yola düşüb. O, döyüş meydanından yaralı, şəhid əsgər yoldaşlarını öz çiynində daşıyıb. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Rauf İbadov oktyabrın 23-də Füzulidə düşmənin açdığı atəş nəticəsində şəhid olub.

Məhz bu şücaətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunması görə", "Cəbrayılın azad olunmasına görə" medalları və xidmət etdiyi N saylı Hərbi Hissə komandanlığı tərəfindən Fəxri Fərmana layiq görülüb.

Şəhid Rauf İbadov Abşeron rayon Saray qəsəbə şəhidlər xiyabanında dəfn olunub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən