Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib - VİDEO

 12:18 04.01.2021     339

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

Redaktor.az-ın xəbərinə görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: “Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”. 

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən