Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlanıb

 23:51 11.01.2021     10731

Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, bununla da Qarabağda aparılan axtarış işləri zamanı meyitləri aşkarlanan erməni hərbçilərinin sayı 1222 nəfərə çatıb.

Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərinin axtarışlarına hərbçilərlə yanaşı, əsgərlərin yaxınları, digər mülki şəxslər də cəlb edilib. Ermənistan rəhbərliyi ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını bu günə kimi açıqlamayıb. Lakin Səhiyyə Nazirliyi ekspertizadan keçirilən meyitlərin sayının 3300-ü ötdüyünü açıqlayıb.

Dünən ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb. //Report