Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır

 13:38 17.01.2021     541

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusu ilə birlikdə ortaq hərbi təlimlərə hazırlaşır.

Redaktor.az xəbər verir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.

Birgə təlimlərdə məqsəd əməkdaşlıq və koordinasiyanı təmin etmək, müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınaqdan keçirməkdir.

Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən