Azərbaycan daha beş əsiri Ermənistana QAYTARIB

 18:35 28.01.2021     514

Azərbaycan daha beş hərbi əsiri Ermənistana qaytarıb.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən