Türkiyə ən müasir tanklar hazırladı - PUA-lar qədər dağıdıcıdır / FOTO
Türkiyədə ilk dəfə seramik örtüklü tank lüləsi istehsal edilib.
Redaktor.az xəbər verir ki, daha yüksək impulslar təmin edən seramik örtüklü lülələr lisenziya və material kimi sahələrdə xarici asılılığa son qoyacaq. Belə tanklar tezliklə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Ankarada yerləşən müdafiə sənayesi şirkətinin baş direktoru Fazıl Hızal texnoloji yeniliklə bağlı bunları deyib:
"Lisenziyalı lülələr və aldığımız sistemlər istehsal olunanda bəzi problemlər yaranır. Belə hallarda problemləri həll etmək üçün müdaxilə imkanı az olur. Bunları nəzərə alıb klassik formalardan fərqli olaraq "gələcəyin texnologiyası" kimi qiymətləndirilən seramik örtüklü tank lüləsi hazırladıq. Türkiyə bu addımı ataraq xrom və lövhə poladından daha yaxşı nəticə verən və aşınma müqaviməti çox yüksək olan tank lüləsinə sahib olacaq. İşin digər tərəfində maliyyət, istehsal, xarici asılılıq və diplomatiya masasındakı mövqeyimiz kimi fərqli mövzular var".
Mütəxəssisin sözlərinə görə, bu yenilik PUA-lar qədər Türkiyə Ordusuna faydalı olacaq.
Orxan İsmayıl / Redaktor.az












