Azərbaycan Türkiyədə müdafiə sənayesi sərgisində iştirak edəcək

 14:00 17.02.2021     462

Mayın 25-də Türkiyədə İDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisi açılacaq.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sərgiyə Azərbaycandan da nümayəndə heyəti qatılacaq.

148 ölkədən 341 rəsmi heyətin iştirak edəcəyi sərgi dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biridir.

Tədbirin mayın 28-dək davam edəcəyi qeyd olunub.

Orxan İsmayıl / Redaktor.az