Azərbaycan Ordusunun hərbi təlimləri: YENİ MÜHARİBƏ OLACAQ? - "HAZIR OLMALIYIQ VƏ..."

 10:25 19.02.2021     881

Son zamanlar Azərbaycan Ordusunun hissələri təlimləri sürətləndirib. Bu, yeni müharibə carçısıdır, yoxsa ordumuzun inkişafda olan gücündən xəbər verir?

Hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a açıqlamasında təlimlərin vacibliyini vurğulayıb:

"Azərbaycan Ordusunda təlimlər mütəmadi olaraq həyata keçirilir, çünki indiki ordu 90-cı illərdə olan ordudan çox fərqlənir. Ordumuz artıq müharibə, döyüş əməliyyatları aparanda onun qüvvəsi tükənmir, ehtiyyat qüvvəsi baxımından çatışmazlıq yaşamır. Müharibədən çıxmağımıza baxmayaraq, təlimlər davam etdirilməlidir, potensial artırılmalıdır, mən bu addımları yüksək qiymətləndirirəm".

Yeni müharibə təhlükəsi olmağı sualına qarşı Abuzər Abılov bildirib ki, biz hər zaman müharibəyə hazır olmalıyıq:

"Belə bir deyim var, sülh içində yaşamaq istəyirsənsə, müharibəyə həmişə hazır ol. Biz hər zaman müharibəyə hazır olmalıyıq, çünki Azərbaycan 4 fərqli ölkə ilə sərhəddə yerləşir. Təhlükə hər zaman var".

Pəri Abbaslı / Redaktor.az